Xəbərlər
Xəzər rayonunda Qurban bayramı münasibətilə sosial aksiyalar keçirilib
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı müqəddəs Qurban bayramı münasibətilə sosial aksiya həyata keçirib.
Aksiya çərçivəsində partiya fəalları şəhid ailələri, qazi və müharibə iştirakçılarını ziyarət edib, onlara qurban payları veriblər.
Ziyarət zamanı dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ifadə olunub.