Xəbərlər
Lənkəranda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri şəhid ailələrinə, qazilərə baş çəkib, onlara bayram sovqatları təqdim ediblər.
Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb.
Qeyd edək ki, YAP Lənkəran rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə ümumilikdə 41 qazi, 63 şəhid ailəsinə bayram sovqatı paylanılıb.