Xəbərlər
YAP Nəsimi rayon təşkilatının qərargahında görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında rayon ərazisində yaşayan imkanı məhdud ailələrlə görüş keçirilmişdir.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirmişdir ki, bayramlarda, tarixi günlərdə imkansız, ehtiyacı olan ailələrlə maraqlanır, onlarla görüşlər keçirir və problemlərinin həllinə çalışırlar.
Sonra bir qrup imkansız ailəyə bayram sovqatlarını təqdim edilmişdir.
Tədbirdə çıxış edən ailələr göstərilən qayğı və diqqətə görə Partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.