Xəbərlər
Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanlarının ailələri ziyarət edilib
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə Vətən Müharibəsi Qəhrəmanları Ramiz Qasımov və Elçin Mansurovun ailələri ziyarət edilmiş və onlara Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı tərəfindən bayram sovqatları verilmişdir.
Görüşdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov şəhidlərin ailə üzvlərini Qurban bayramı münasibətilə təbrik edib, müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad ediblər.
Ziyarət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.