Xəbərlər
İlham Məmmədov: Azərbaycanda sosial-iqtisadi siyasət uğurlu nəticələr verməkdədir
«Azərbaycanda sosial-iqtisadi siyasət uğurlu nəticələr verməkdədir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, qeyri-neft sektoru ümumudaxili məhsulun 68,3%-ni təşkil edir. Onun sözlərinə görə, bu uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.
«Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin əsas prioritetidir. Təbii ki, ilin birinci rübündə müxtəlif sahələr üzrə artım göstəriciləri çoxdur. Ölkəmizdə orta əmək haqqı 444,5 manat təşkil edir. Ümumilikdə bütün göstəricilərə baxsaq, I rüb üzrə ölkə iqtisadiyyatında inkişaf göz qabağındadır və ümid edirik ki, 2015-ci ilin 2-ci rübündə daha böyük artım faizlərinin şahidi olacağıq»- deyə, İ.Məmmədov qeyd edib.