YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Vətən müharibəsindəki şanlı Zəfərimiz Azərbaycanı regionda və ümumiyyətlə qlobal miqyasda söz sahibinə çevirmişdir. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız erməni vandallarına qalib gəlmədi. 44 gün ərzində dünyanın ermənipərəst media qurumlarının Azərbaycana qarşı yönəldilmiş informasiya müharibəsində də biz qalib gəldik. Həm də bu informasiya müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyev demək olar ki, təkbaşına qalib gəldi. Bu qələbə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın sülhsevər bir dövlət, Azərbaycan xalqının sülhsevər bir xalq olduğu həqiqətinin dünyaya çatdırılması işində də nida işarəsi qoydu. Sülh, əmin-amanlıq, yüksək qonşuluq münasibətləri, yüksək iqtisadi inkişaf zəminində qurulmuş iqtisadi-siyasi münasibətlər Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir.

Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı və bu toplantıda Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyət daşıyır. Bildiyimiz kimi, Xəzərdə qonşularımızla qarşılıqlı fəaliyyətə böyük önəm verən Azərbaycanın səyi və bu sahədə aparılmış çoxillik iş nəticəsində 2018-ci ildə Aktauda imzalanmış Xəzərin hüququ statusunu müəyyən edən Konvensiyanın tezliklə qüvvəyə minməsi regionda qonşu dövlətlərlə qurulacaq hərtərəfli qarşılıqlı münasibətlər üçün də möhkəm hüquqi zəmin yaratmış olacaq.

Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətlərini xarakterizə edən sivil münasibətlər sahilyanı dövlətlərin prioritetini təşkil etdiyi kimi, həm də qurulacaq nəqliyyat-loqistika infrastrukturunun inkişaf etdirilməsi, nəqliyyat xidmətləri və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün dövlətlər arasında imzalanacaq iki və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunu beynəlxalq nəqliyyat qovşağına çevirəcək.

Möhtərəm prezidentimizin yorulmadan apardığı iqtisadi siyasət nəticəsində Avrasiyanın mühüm nəqliyyat-loqistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır və bu marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcminin hər il artması müşahidə edilir. Xəzərdə nəqliyyat-loqistika infrastrukturunun inkişaf etdirilməsi işinə Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə verməklə Azərbaycan daha bir töhfə vermiş oldu.

Vətən müharibəsində qazandığımız qələbə və tarixə qovuşmuş Ermənistan münaqişəsindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün genişmiqyaslı fəaliyyət göstərən Azərbaycan həm də Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün hərtərəfli iş aparır. Çünki, biz əminik ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, ümumiyyətlə regionun iqtisadi inkişafı işinə öz töhfəsini verəcək.

Azərbaycan regional sülhün, regional iqtisadi münasibətlərin yüksək səviyyədə qurulması kimi, Xəzər dənizi regionunda ekoloji vəziyyətə nəzarət olunması, təbiətin qorunması işinə də çox böyük önəm verir. Möhtərəm prezidentimizin VI Zirvə toplantısında çıxışı zamanı da bildirdiyi kimi, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır və Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində işlərin müəyyən olunması və bu problemlərin aradan qaldırılması üçün yaradılacaq xüsusi ekspert qruplarının fəaliyyətinə hər cür dəstək göstərəcək.