YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Jirinovski: Rusları ən çox məhz Ermənistandan qovublar

“1991-ci ildə rusları ən çox məhz Ermənistandan qovublar. Bu gün Ermənistan ən monoetnik respublikadır. Ruslar və başqa xalqların nümayəndələri hər yerdə var, Ermənistanda isə yoxdur”. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski Osmanlı İmperiyasında “ermənilərin soyqırımı” ilə bağlı bəyanatın müzakirəsi zamanı bildirib.
Dövlət Dumasının deputatı deyib: “Bu bəyanat nəyə həsr olunub? Kimsə başsağlığından danışır. Hesab edirəm ki, başsağlığını yalnız fiziki şəxsin ölümü ilə əlaqədar vermək olar. Bu, 100 il əvvəl baş verib. Biz deyə bilərik ki, razı deyilik. Qardaş Ermənistan haqqında yazmaq - mən burada da bir əsas görmürəm. Qardaş dövlətlər və qardaş xalqlar olmur. Burada qardaş Ermənistandan yazmaq lazım deyil. Bəyanatın mətninə daha quru məna vermək lazımdır. Əmin deyiləm ki, Ermənistan üçün qonşu ölkələr tərəfindən təhlükə olmasaydı, bizim münasibətlərimiz yaxşı olardı. Ermənistanı Finlandiyaya köçürün, orada sərt antirus əhval-ruhiyyə olacaq. Yəni, məsələ kiminsə kimin qardaşı olmasında deyil, coğrafiyadadır”.
Rusiya Dövlət Duması aprelin 24-də qondarma “erməni soyqırımının” 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, planetimizdə möhkəm sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə mürəkkəb tarixi məsələləri və beynəlxalq münaqişələri dinc yollarla, o cümlədən diplomatik səylərlə həll etmək lazımdır.

 

DİGƏR Xəbərlər Arxiv