Xəbərlər
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət növbəti yardım iyulun 5-də göndərilib.
Ümumi çəkisi 50 ton olan humanitar yardımın Polşanın Varşava hava limanına çatdırılması üçün təyyarə saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.
Qeyd edək ki, humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb. Həmçinin humanitar yardım Çerkassı şəhər əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.