YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı dovlətlərin qarşılıqlı fəaliyyəti önəmlidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bildiyimiz kimi  bu il iyunun 29-da Aşqa­badda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tədbirdə olduqca geniş və məzmunlu çıxış edib. Cənab İlham Əliyevin çıxışında səslənən olduqca dəyərli fikir və mülahizələr ölkə və beyəlxalq ictimayyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Dövlətimizin başçısı qeyd etmişdir ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qar­şılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konven­siya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib.”   

Möhtərəm Prezidentimiz qeyd etdiyi kimi  Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yara­dacaq. Xəzər dənizi  beynəlxalq nəqliyyat qovşağı­dır. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Azərbaycan, eyni zamanda, Avrasi­yanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır

Prezident İlham Əliyev çıxışında Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmləndirəcəyini vurğulayaraq demişdir: “Təhlükəsizlik, hidro­meteorologiya, nəqliyyat, suyun bioloji ehti­yatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğu­ran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək”.

Fəxrlə qeyd etmək lazım­dır ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inki­şafında mühüm rol oyna­yır. Azərbaycan hökuməti Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə çalışır.

Ekspertlər hesab edirlər ki, həmin marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialın­dan maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturu­nun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Faktiki olaraq, bütün Xəzəryanı dövlətlər bundan faydalanacaqlar.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Regiona sülh, sabitlik və tərəqqi gətirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir.