Xəbərlər
Deputat Goranboyda seçicilərlə görüşüb
Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirib. Deputat görüş zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib.
Anar Məmmədov müraciət edən vətəndaşları təkbətək dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.Qəbula gələn vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, işıq, su xətlərinin çəkilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub.
Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək qeydə alınıb. Vətəndaşların problemlərinin həlli üçün deputat tərəfindən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq.