YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Kərimov: Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanılıb

Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanılıb. Mədəniyyət Nazirliyi olaraq hazırda bu məsələnin üzərində çalışırıq.

Bu fikirləri mədəniyyət naziri Anar Kərimov “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində söyləyib.

O qeyd edib ki, bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədlərinin araşdırılması və bu sənədlər əsasında tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda Azərbaycana aid tarixi faktlar tarixi mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliğ edilməsi nəzərdə tutulub.

Nazir bərpa və quruculuq işlərinin digər tarixi torpaqlarımızda davam etdiriləcəyinə inamını ifadə edib: "Artıq zaman dəyişib. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunub öz əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcəkdir".