YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, təşkilatın toplantılarında mövcud qlobal problemlər və onların həllinə dair məsələlər müzakirə olunur. Hərəkatın sədrliyi üzvlərin yekdil həmrəyliyi ilə qərara alındı. 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olan böyük etimadın əlamətidir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında cənab Prezident öz çıxışında pandemiya dövründə dövlətimizin humanitar siyasətindən bəhs etməklə yanaşı, iclasda açıq-aşkar dövlətimizə qarşı olan ədalətsiz mövqedən danışıb. Ölkə başçısı öz çıxışında ATƏT-in 30 il müddətində mövqeyinə də toxunub. Artıq bu qurumun lazımsız bir təsisata çevrilməsindən də danışıb.

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatları blokladılar, ölkəmizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.