YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün sərhədlərdə hərbi hissələr yaradılıb

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Məlum olduğu kimi 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücayəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. 

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir tələblərə cavab verən, son texnologiyalarla, müasir silahlara sahib güclü orduya sahib bir ölkədir. Ordumuzun gücləndirilməsi, hərbçilərimizin yaşayış səviyyəsinin artırılması son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklərin salınması siyasəti bir neçə ildir ki, da­vamlı şəkildə aparılır.  Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir.

Qeyd etmək lazımdır ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra ölkə Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən cəbhəboyu ərazilərdə yeni hərbi hissələr inşa edilmiş və bu hərbi hissələrdə ordumuzun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün lazımı şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandancənab  İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş və çıxış edərək bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələri qürur yerimizdir və 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Qürur hissi ilə deyə bilərik ki, qazanılan bütün bu uğurlar  ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsidir.