YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Babayev: Ermənilər öz məkrli siyasətlərini yerinə yetirmək üçün ən çirkin yollara əl atırlar

«Haqsız deyilən sözlərə haqq qazandırmaq mümkün deyil». Bu fikri Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayev bildirib ki, Ermənistanın qarşısında sadəcə olaraq faktlar, arqumentlər qoymaq lazımdır. Onun sözlərinə görə, ermənilər öz məkrli siyasətlərini yerinə yetirmək üçün ən çirkin yollara əl atırlar.

«Təbii ki, bizim təbliğatımız da davam edir, amma biz bu təbliğatı daha da gücləndirməliyik. Dünyada siyasət özü göstərir ki, mütləq bu istiqamətdə biz öz fikrimizi hər zaman deməliyik. Ümumiyyətlə, ermənilərin bu cür ağlaması, sızlaması və qondarma yubileylərinin keçirməsi özlərinə divident qazanmağa hesablanıb. Bu dividentlər tək siyasi deyil. Eyni zamanda, onlar maliyyə dividentləri haqqında fikirləşirlər»-deyə, E.Babayev qeyd edib.