YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilk Avropa Oyunları ərəfəsində bəzi xarici mətbuat orqanlarında Azərbaycanla bağlı yayılan qərəzli yazılara, ölkəmizə qarşı qarayaxma kampaniyalarına münasibət bildirərkən deyib ki, Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib. Ölkəmiz bu sınaqlardan çox çıxıb, ona görə bundan da narahat olmağa heç bir əsas yoxdur.

Ziyafət Əsgərov deyib: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat orqanları, QHT-lər və sapı özümüzdən olan baltalar çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicini ləkələsinlər, amma bu cəhdlər heç bir nəticə vermədi. İndi yenə də eyni sözlər deməyə, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verməyə başlayıblar. Amma Azərbaycanın inkişafı göz qabağındadır. Biz Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Artıq idman qurğularının hamısı istifadәyә verilib və bu Oyunların çox yüksək səviyyədə keçiriləcəyini gözləyirik”.
“Bəzi Avropa qeyri-hökumət təşkilatları, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə də olsa, Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər? Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün olması faktına göz yumurlar? Amma hansısa bir cinayətkarla bağlı tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili standartlar var!”, - deyə Milli Məclis sədrinin birinci müavini əlavə edib.
Ziyafət Əsgərov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır və ölkəmizi istəməyən qüvvələrin cavabını verməlidir. Bu məsələdə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür.