YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Əslində, erməni yalanı ilə Türkiyə və Azərbaycanın həqiqətlərinin savaşı xeyirlə şərin savaşıdır

«Ermənilərin uydurduqları yalanların ifşa  olunması üçün həm Türkiyə, həm də Azərbaycan tərəfindən elm adamları tərəfindən xeyli iş görülüb. Eyni zamanda, Azərbaycan və Türkiyə alimləri birgə konfranslar keçiriblər. Həmçinin, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar beynəlxalq müstəvidə iş görüb, bu dövlət həmin hadisələrə dair arxivlərin açılmasını təklif edib. Ermənilər isə arxivlərin açılmasından qaçır». Bu fikirləri YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ilin mart ayında imzalanmış Azərbaycanlıların soyqrımı haqqında Fərman tarixi həqiqətlərin qiymətləndirilməsi baxımından mühüm sənəddir. Onun sözlərinə görə, alimlərimiz də müstəqillik illərində ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı çox böyük işlər görüb.

«Əslində, soyqırımı törədən ermənilərdir. Ermənilər 1905, 1918-1919-cu, eyni zamanda ondan əvvəlki illərdə həm Azərbaycan, həm də İran və Türkiyə ərazisində müxtəlif soyqırımı cinayətləri törədiblər. Bu cinayətlər artıq üzə çıxmaqdadır. Əslində, erməni yalanı ilə Türkiyə və Azərbaycanın həqiqətlərinin savaşı xeyirlə şərin savaşıdır. Ermənilərin yalan üzərində dayandığı bizim tərəfdən də sübut olunub. Təəssüf ki, Qərb dairələrində məsələni siyasiləşdirmək, Türkiyəyə təzyiq göstərmək üçün bu mövzunu istismar etməkdədirlər. Qərb dairələrində bu mövzu yalnız və yalnız Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunmaqdadır. Kimsə 100 il əvvələ qayıdırsa, hər halda 20, 25 il əvvələ qayıtsa daha yaxşı olar. Xocalıda, Qarabağda törədilən faciələr gözümüz qarşısında baş verib. Kimlərsə uydurma «soyqırımı» ermənilərin təbliğatına əsasən qəbul edirlərsə, onlar tarixi təhrif edir, tarixdən ibrət götürmürlər»- deyə, M.Qurbanlı vurğulayıb.