Xəbərlər
İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləməyə çağırdı
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləyərək vurğulayıb ki, “seçkilər” qanunsuzdur və BMT-nin, İƏT-in və ATƏT-in qətnamələrinə ziddir.
Baş katib beynəlxalq ictimaiyyəti bu “seçkiləri” pisləməyə və onun qeyri-qanuniliyini tanımağa çağırıb.
İyad Amin Mədəni İƏT-in Azərbaycanın bu münaqişənin müvafiq qətnamələrə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bir daha vurğulayıb.