Xəbərlər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsi anlaşma memorandumu imzalayıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsi anlaşma memorandumu imzalayıb.
Mərkəzdən verilən məlumata görə, müqaviləyə əsasən, 1947-ci ildə təsis olunmuş Amerika Xarici Siyasət üzrə Milli Komitəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Forumuna hazırlıq və ekspertlərin cəlb olunmasında, Avropa və ABŞ-da birgə seminar, konfrans və ictimai müzakirələrin təşkilində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-York şəhərində təşkil etdiyi Ali Səviyyəli toplantısında əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, anlaşma memorandumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freiberqa, İsmayıl Seragəldin və Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott tərəfindən imzalanıb.