YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Erməni yalanlarının dünyada ifşa olunması ilə əlaqədar gələcək hədəflər müəyyən olunmalıdır

«Erməni yalanları ilə əlaqədar istər Türkiyədə, istər Azərbaycanda, istərsə də Avropanın ayrı-ayrı ölkələrində və yaxud təmsil olunduğunuz beynəlxalq qurumlarda mütəmadi olaraq bu məsələləri qaldırmalıyıq. Erməni yalanlarını sübuta yetirməli və tarixi faktları ortaya qoymalıyıq». Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın təşkilatçılığı ilə “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, problemlə əlaqədar gələcək hədəflər müəyyən olunmalıdır. Onun sözlərinə görə, tarixi fakt bəllidir. Fakt bundan ibarətdir ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu, yalandır və iftiradır. Bugünkü reallıq isə odur ki, artıq bir sıra dövlətlər qondarma "erməni soyqırımı" ilə bağlı öz qərarlarını veriblər. Hətta bəzi dövlətlər öz vətəndaşlarına "soyqırımı"nı tanımadıqlarına görə cinayət işi açırlar”.

S.Novruzov qeyd edib ki, Türkiyənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən bir sıra Avropa və dünya dövlətləri narahat olmağa başlayır. «Əgər regiona nəzər salsaq görərik ki, regionda maraqlı olan dövlətlər də bu erməni kartından çox canfəşanlıqla istifadə edirlər. Bəs biz bununla əlaqədar nə etməliyik? Hesab edirəm ki, biz artıq öz hədəflərimizi müəyyənləşdirməliyik. Müəyyən etməliyik ki, bu cür hallar bizə qarşı olacaq. Məsələn, gözləməməliyik ki, ABŞ prezidenti Barak Obama "soyqırımı" ifadəsini dilinə gətirəcək, ya yox. Artıq buna qarşı öz işimizi aparmalıyıq. Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik. Biz onların seçkili orqanlarında fəal iştirak etməliyik. Konqresdə, Senatda və başqa-başqa yerlərdə təmsil oluna bilmiriksə, bu qurumlara seçilmək hüququmuz yoxdursa orada təmsil olunanlara maliyyə dəstəyi göstərməliyik. Sakit oturaraq ildən-ilə bu məsələləri gözləməklə biz heç bir uğura imza ata bilmərik. O baxımdan da gələcək fəaliyyət proqramımızı düzgün qurmalıyıq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.