YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layihələrin icra edilməsi Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzura səfəri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının təşkili baxımından olduqca vacib əhəmiyyətli bir səfər kimi yadda qaldı. Azərbaycan 30  il sürən işğaldan sonra öz torpaqlarını azad edib. Hazırda ən ümdə milli vəzifəmiz azad olunmuş torpaqlarımıza həyatı, insanlarımızı qaytarmaqdır. Ancaq bunun üçün bir necə vacib məsələ öncədən həll edilməlidir. Birincisi sərhdlərimizdə və bütövlükdə işğaldan azad edilmiş  ərazilərimizdə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan ordusu və digər müvafiq qurumlarımız bu işin öhdəsindən layiqincə gəlirlər. Elə Müzəffər Ali Baş Komandanı İlham Əliyev  Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Mərasimdə çıxışı zamanı məhz təhlükəsizlik məsələlərini önə çəkərək bildirdi ki, bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.  İkinci vacib məsələ erməni barbarları tərəfindən dağıdılan kənd və şəhərlərimizin yenidən qurulmasıdır ki, hazırda bu prosesin ilkin mərhələsindəyik. Yəni bunun üçün ilk növbədə yol nəqliyyat infrastrurkturu da daxil olmaqla enerji və digər bütün kommunikasitaların yaradılması vacibdir. Eyni zamanda yurd yerlərinə qayıdacaq  vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Ona görə də Azərbaycan Prezidenti laçın və Kəlbəcərdə bir neçə su elektrik stansiyalarının təməlini qoydu. Kəlbəcərdə İstisu  sanatoriyasının və İstisu mineral su zavodunun tikinti işlərinə start verdi. Tikilməkdə olan körpü və yolların tikinti işləri ilə tanış oldu. Eyni zamanda laçında Beynəlxalq hava Limanının və Həkəriçay su anbarının tikinti işlərinin gedişi ilə maraqlandı. Bütün bu layihələrin icra edilməsinin hər biri özlüyündə ayrıca hadisədir və Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq. Ancaq məsələnin həm də mühüm mənəvi tərəfi də var. Biz böyük çoşqu ilə uzun illər işğal altında qalan, adlarını tələffüz etdiyimiz zaman kədərə boğulduğumuz  vətən torpaqlarına qayıdırıq. Bu əsl milli qurur hadisəsidir.

DİGƏR Xəbərlər Arxiv