Xəbərlər
Almaz Həşimova: Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər tarixi əsrlərə söykənir
“Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər tarixi əsrlərə söykənir. Həmçinin, xalqlarımızı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir ki, bu da xüsusi özəllik təşkil etməkdədir.” Bu fikirləri YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova deyib.
Almaz Həşimova bildirib ki, Azərbaycan, Özbəkistan SSRİ-nin müttəfiq respublikaları olublar və eyni zamanda, XX əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı qardaş Özbəkistan torpağına sığınıb: “Əbəs deyil ki, 40 mindən çox azərbaycanlı soydaşlarımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edirlər. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin yenidən tikilməsində və bərpa işlərində isə minlərlə azərbaycanlı yaxından iştirak edib”.
“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir və bu müstəvidən çıxış edərək deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, eləcə də Onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi uğurlara söykənmiş mühüm prinsipləri əsasında həyata keçirdiyi siyasət münasibətlərin daha da möhkəmləndirilməsinə zəminlər yaradır”, deyən Almaz Həşimova əlavə edib ki, Azərbaycan və Özbəkistan respublikaları arasında münasibətlərin daha genişləndirilməsi və inkişafında önəmli rol oynayan növbəti səfər iyunun 21-dəhəyata keçirildi: “Prezidenti İlham Əliyev cənabları Özbəkistan Respublikasına işgüzar səfərini reallaşdırdı və səfər zamanı ölkə başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə əhəmiyyətli görüşlərini keçirdi, vurğulandı ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, da öz növbəsində ölkələrimi arasında münasibətlərin tarixində unudulmaz hadisədir”.
YAP Füzuli rayon təşkilatının sədri qeyd edib ki, ölkələrimiz arasında iqtisadi qarşılıqlı fəaliyyət qarşıdakı illərdə daha böyük stimulları ilə öz töhfəsini vermiş olacaq: “O cümlədən, iqtisadi, logistika, mədəniyyət və s. sahələrlə yanaşı, hərbi-texniki, habelə hərbi təhsil sahələrində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaqdır. Bu baxımdan qərara alınıb ki, son vaxtlar dünyadakı beynəlxalq vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. İnanırıq ki, qarşıda iki qardaş ölkəni daha uğurlu perspektivlər gözləyir”.