Xəbərlər
Silahlı Qüvvələrin moderinləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir
Vahid Əliyev
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri
Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildən yenidən Azərbaycanda siyasi hakimiyyətə gələndə Azərbaycanda ordu əvəzində ayrı-ayrı şəxslərə, siyasi məqsədlərə xidmət edən silahlı dəstələr mövcud idi. Böyük dövlətçilik təcrübəsi olan Ulu Öndərimiz Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək onun əvəzində vahid komandanlığa tabe olan nizami ordunun bünövrəsini qoydu və yaradılmış yeni silahlı qüvvələr tərəfindən ermənilərə laiqli cavab verilərək onlar xeyli geri oturduldu və atəşkəzə razlıq verməyə məcbur edildilər. 2003-cü ildə cənab İlham Əliyev Prezident seçiləndən sonra torpaqlarımızın 20 %-nin Ermənistan ordusnun işğalı altında olduğunu nəzərə alaraq, Azərbaycanın müdafiə qütrətinin artırılmasını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən etdi. Dövlət büdcəsindən müdafiə xərclərini ilbəil artırmaqla Ordunun maddi-texniki təminatını müasir silah və sursatlarla təmin etməklə yanaşı, yüksək peşəkarlığa malik hərbi kadrların yetişdirilməsi daima diqqət mərkəzində saxlanıldı.
Respublikada Müdafiə Sənayesi Nazirliyi yaradılaraq Ordunun təminatı üçün yeni silah və sursat istehsalına başlanıldı. Müsair hərbi texnologiyaların nəaliyyətlərinin nümayiş edildildiyi sərgi və yarımarkalarda Azərbaycanın iştrakı təmin edildi. Ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını və fiziki hazırlığını artırmaq məqsədilə təlim planları hazırlanaraq təsdiq edildi və təlim planlarına uyğun təlim-məşq toplantılarının keçirilməsi mütəmadi xarater aldı. Müasir dövrün hərbi əməliyyat şərtlərinə cavab verən silah istehsalçısı olan dövlətlərlə əlaqələr qurularaq ən yüksək texnalogiyalar əsasında hazırlanmış yeni silahlar ordumuzun arsenalına qəbul edildi. Müasir silahlardan istifadə etmək bacarığına malik peşəkar hərbi kadrlar hazırlandı.
Dünyanın ən güclü ordularından birinə sahib olan qardaş Türkiyə Respublikası ilə digər sahələrlə yanaşı hərbi sahədə də geniş əməkdaşlıq əlaqələri quruldu, çoxsaylı birgə təlimlər keçirildi. Keçirilən təlimlər bütün qoşun növlərini və hərbi birləşmələri əhatə edirdi ki, buda müxtəlif qoşun növlərinin hərbi əməliyyatlar zamanı birə fəaliyyətlərini təmin etməyə hədəflənmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, hərbi strategiya 44 günlük Vətən müharibəsində özünün doğru nəticələrini təsdiq etdi.
Prezident İlham Əliyev müharibədən sonrakı dönəmdə də Ordumuzun dahada gücləndirilməsi istiqamətində ardıcıl iş aparır. Buna görə də Ordumuz öz üzərinə düşən tapşırıqların hər an icrasına hazırdır.
26 iyun Respublikamızda Silahlı Qüvvələr günüdür. Bu gün münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev başda olmaqla bütün şəxsi heyyəti ürəkdən təbrik edir, daima qələbə müjdəçiləri olmalarını arzulayıram.