Xəbərlər
YAP İmişli rayon təşkilatı “H.Aslanov” ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı “H.Aslanov” ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, tarixi zərurət nəticəsində yaranan Yeni Azərbaycan Partiyası çox qısa müddətdə Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Qeyd olunub ki, Ulu Öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.
Daha sonra çıxış edən “H.Aslanov” ərazi partiya təşkilatının sədri Rəfael Məmmədov söyləyib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət Azərbaycan Respublikasının qarşısında geniş imkanlar açıb, yeni hədəflər müəyyənləşdirib. O, İmişli gənclərinin Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasından, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirilməsindən söhbət açıblar.
Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib.