Xəbərlər
Səfir: Azərbaycan və Yaponiya arasında tullantıların idarə olunması sahəsində layihələr həyata keçiriləcək
Azərbaycanla Yaponiya arasında bir sıra layihələr həyata keçirilib. Bunlar əsasən içməli su təchizatında suvarma, təhsil və səhiyyə sahəsində olub.
Bunu Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ( ETACXİ) Yaponiyanın “Fujifilm” şirkətinə məxsus “FDR X-air” portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimində deyib.
Səfirin sözlərinə görə, bundan sonra da iki ölkə arasında belə layihələr davam edəcək: “Eyni zamanda, kənd təsərrüfatı, tullantıların idarə olunması sahələrində də yeni layihələrin həyata keçirilməsi gözlənilir”.