Xəbərlər
Ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının "H.Cavid pr. 113" ünvanında yerləşən (Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.
İclası giriş söz ilə açan Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iclas iştirakçıları salamlayaraq bildirib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.
Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib ki, ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.
Çıxışlardan sonra ərazi partiya təşkilatı tərəfindən görülən işlər barədə hesabatı dinlənilərək qənaətbəxş qiymətləndirilib.
Daha sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Afət Cavanşirova, sədr müavini isə Arzu İsmayılova seçilib.
Sonda təşkilati məsələlər barəsində fikir mübadiləsi aparılıb.