Xəbərlər
Xarici işlər naziri: TEKNOFEST bir dünya brendinə çevrildi
TEKNOFEST bir dünya brendinə çevrildi. Azərbaycan bu festivala çox böyük maraq göstərdi və bu, çox faydalı oldu.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da birlikdə iştirak etdiklərini xatırladan Ceyhun Bayramov deyib: “İki ölkə liderinin iştirakı, onların oradan dünyaya verdikləri mesajlar, ümumilikdə təqdimatın keyfiyyəti və həcmi, məncə, eyni zamanda, Türkiyə-Azərbaycan birliyinin ortaya çıxara biləcəyi nəticələrin bir nümunəsidir”.