YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli Azərbaycan dövləti dağıdılmış ərazilərə həyat verir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra mütəmadi olaraq işğaldan azad olunan bölgələrə səfərləri zamanı barbarlar tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan və gələcəkdə aparılacaq tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir. Bu, dövlət başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə-yeksan etdiyi yaşayış sahələrimizin bərpasına diqqətlə yanaşdığını göstərir.

Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət almaqdadır. Gələcəkdə orada yaşayacaq soydaşlarımızın normal həyat şəraitini təmin etmək üçün infrastruktur obyektlərin inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda aparılan bərpa-quruculuq prosesi çərçivəsində görülən işlər xüsusi diqqət çəkir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.

Dövlət başçısının diqqət və qayğısı nəticəsində yaşayış üçün tam hazır olan Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüşdə çıxış edərkən bildird: “Zəngilana, Şuşaya və başqa yerlərə həyat qayıdır. Bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”.

Əminliklə söyləmək olar ki, qısa zaman kəsiyində keçmiş məcburi köçkün soydaşlarımız Prezidentin diqqət və qayğısı nəticəsində tezliklə dədə-baba yurdlarına qayıdacaqlar.