YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Tarix boyu dünya Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir

Ölkəmizin mükəmməl təşkilatçılığı ilə keçirilən “TEXNOFEST - Azərbaycan ” Aerokosmik və texnologiya festivalı Azərbaycan Türkiyə qardaşlığının, birliyinin dünyaya növbəti nümayişi oldu. Mayın 26-29-da keçirilən festival tədbirləri çərçivəsində Türkiyə və Azərbaycan hərbi təyyarələri Azərbaycan səmasında uçuşlar edərək bizlərə qürurlu anlar yaşatdı. Eyni zamanda  festival zamanı keçirilən yarışlar, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasında, gənclər arasında aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyatı kimi sahələrin təbliğində, bu sahələrdə sahibkarlığın təşviqində böyük rol oynayacaq. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  "TEXNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan çıxış nitqi söylədilər: “Çıxış edən ölkə başçısı, cənab Prezident İlham Əliyev iki qardaş ölkənin yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu və ölkələrimizin bir yerdə addımlamasının bölgədə sülh və barış üçün böyük təkan verəcəyini xüsusi vurğuladı. Eyni zamanda Ölkə başçımız, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin başladığı ilk anlardan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsini Azərbaycana əlavə güc və ruh verdiyini, xalqımızın heç zaman bunu unutmayacağını diqqətə çatdırdı.”

Çıxış edən Türkiyə prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkənin kədərinin də, sevincinin də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq deməsi Azərbaycan Türkiyə qardaşlığının sarsılmaz və əbədi olması ilə bağlı dünyaya verilmiş mesaj idi– deyən Sədaqət Vəliyeva əlavə edib ki, eyni zamanda Türkiyə Lideri cənab Rəcəb Tayyib Ərdoğan Türkiyənin İkinci Qarabağ müharibəsində olduğu kimi, sülh dövründə də Azərbaycanın yanında olacağını və Türkiyənin regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə dəstək göstərəcəyini bildirdi:

“ Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər bir sahədə dinamik şəkildə inkşaf edərək  müttəfiqlik səviyyəsinə çatmışdır. Tarix boyu dünya ölkələri arasında Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Əlbətdə iki ölkə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına çatması ölkə liderləri cənab prezident İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir.”