Xəbərlər
Əşrəf Adəm: Kəlbəcərdə qısa müddət ərzində çox böyük işlər görülüb
"Tunel qırğını" insanlığa qarşı törədilmiş böyük cinayətdir. Burada baş vermiş hadisəni qəti şəkildə pisləyir və qəbul etmirik.
Bu sözləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri zamanı Liviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.
O, bu gün Kəlbəcərə səfərə gəlməklə Azərbaycanın yanında olduğunu bildirmək istədiyini söyləyib.
"Azərbaycanın qəhrəman övladları öz canının, qanının bahasına bu torpaqları işğaldan azad etdilər. Mən şəhidlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa diləyirəm", - deyə Ə.Adəm qeyd edib.
Kəlbəcərdə görülən işlərdən danışan Əşrəf Adəm vurğulayıb: “Azərbaycan hökumətinin burada həyata keçirdiyi layihələrin şahidi oldum. Qısa müddət ərzində çox böyük işlər görülüb. Mən Azərbaycana daima inkişaf və çiçəklənmə arzulayıram”.