YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladislav Kanevski: Azad olunmuş ərazilərdə aparılan işlərin sürəti bizi heyrətləndirdi

Ötən il biz azad edilmiş ərazilərdə olarkən təəccüblə düşünürdük ki, görəsən bu ərazilər, məsələn, Ağdam şəhərinin infrastrukturu necə inkişaf edəcək. Bu, quş uçuşu hündürlüyündən görünən mənzərənin yaratdığı təəssürat idi.

Bu sözləri Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski bildirib.

“Budəfəki ssəfərimizdə tamamilə başqa vəziyyət görürük”, - deyən ukraynalı diplomat yol infrastrukturunun inkişafının, aeroportların və digər obyektlərin belə tezliklə tikilməsindən heyrətini ifadə edib. V.Kanevski qeyd edib: “Hazırda mən yol tikintisinin yüksək sürətlə getdiyinin şahidiyəm. Tunellərin inşasında müasir texnologiyaların tətbiqi isə ikitərəfli yolların tikintisini asanlaşdırmaqdan əlavə, həm də işlərin sürətini artırır”.