Xəbərlər
Dohanın mərkəzindəki qüllədə Müstəqillik Günü münasibətilə Azərbaycanın rəmzləri işıqlandırılıb
Qətərin paytaxtı Doha şəhərinin mərkəzindəki “Qətər qülləsi”ndə Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin rəmzləri işıqlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taninin qüllənin üzərindəki portretləri, Qarabağın rəmzi olan Xarıbülbül təsviri və ingilis dilində “Müstəqillik Gününüz mübarək” titrləri paytaxt Doha gecəsini bəzəyib.