YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycanda demokratiyanın durumu dünyanın heç bir ölkəsindən geri qalmır

Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşma azadlığının durumu dünyanın heç bir ölkəsindən geri qalmır.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib.
Əli Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam, anti-türk meyilləri, ikili standartlar siyasəti hökm sürür. Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir. Prezident Administrasiyasının rəsmisi deyib: “Bu meyillər Azərbaycana və Türkiyəyə münasibətdə özünü xüsusi göstərir. Düşünürük ki, Azərbaycan cəmiyyəti nəyin baş verdiyini çox gözəl anlayır. Xalqımız başa düşür ki, ölkəmizlə bağlı formalaşdırılmağa çalışılan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır. Əminəm ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda, heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz”.
Azərbaycanda bütün hüquqların, bütün azadlıqların təmin olunduğunu vurğulayan Əli Həsənov deyib: “Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”.