YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda 28 May - Müstəqillik Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin, Gənclər üçün İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 28 May - Müstəqillik Günü Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini söyləyib.

22 ümumtəhsil məktəbin şagirdlərindən ibarət komandalar arasında keçirilən yarışda Qarayeri 1 saylı orta məktəb-liseyin komandası I, Alıuşağı kənd tam orta məktəbin komandası II, İnstitut qəsəbə tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandaların üzvləri fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv