Xəbərlər
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana güc və qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Si Cinpin
Çin Xalq Respublikasının Sədri