Xəbərlər
Prezident İlham Əliyev Cavid Qurbanovun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Cavid Qəmbər oğlu Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.