Xəbərlər
Bakıda Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi açılacaqdır
Mayın 22-dən 24-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq qida sənayesi (WorldFood Azerbaijan-2014) sərgisi açılacaqdır.
Sərgi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil olunabaqdır.
Tədbirdə dünyanın 36 ölkəsindən 224-dən çox şirkətin iştirakı gözlənilir.