Xəbərlər
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib.
Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçir. Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır.