Xəbərlər
Raca Pərviz Əşrəf: İƏT-in üzvləri olan dövlətlər konsensus yaratmalıdırlar
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına ev sahibliyi etməklə dəyərlərə və dostluğa sadiqliyini nümayiş etdirir. Dünyanın ən böyük gölü olan Xəzərin sahilində birləşdiyimizi görürəm.
Bu fikirləri Pakistan İslam Respublikası Milli Assambleyasının sədri
Raca Pərviz Əşrəf mayın 17-də İƏT PA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında söyləyib.
İƏT-ə üzv ölkələrin konsensus yaratmalı olduqlarını qeyd edən Pakistan Milli Assambleyasının sədri bildirib ki, ötən il beş sənəd imzalanıb və ratifikasiya edilib. Deyib ki, bu sənədlər türkdilli dövlətlərdə əhalinin rifah halını yaxşılaşdırmaq üçün çox vacibdir.
O, həmçinin qeyd edib: “Etnik ortaq dəyərlərə malik olan xalqlarımız bir-birinə çox yaxındırlar. Bakıda Multanı Karvansarayının olması məni məmnun etdi. Dil, din birliyimiz bizi iqtisadiyyat və digər sahələrdə də birləşdirir.
Regional problemlərin həllini kənarda axtarmaq lazım deyil. Qazaxıstan, Özbəkistan, İran, Türkiyə iqtisadi cəhətdən güclü ölkələrdir. Biz gücümüzü birləşdirməliyik”.