YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır

Azərbaycan Prezidenti İlham Əliyev “The Business Year” jurnalına müsahibəsində demişdir ki, qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır.

Dövlətimizin başçısı demişdir: “Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir. Buna görə də güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir”.