YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı rayonda “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda elmi-proktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon İcra Hakimiyyətinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-illiyi ilə əlaqədər birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda elmi-proktiki konfrans keçirilmişdir.

Konfransda YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatı aparatının əməkdaşları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının fəalları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.    

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

 Konfransda Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfranda giriş sözü ilə çıxış edən Təhmasib Rüstəmov qeyd etdi ki, müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi  əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır. Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu siyasi xətt –fəaliyyət pirinsipi 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanda iqtisadi inkişafın əsasları yaradılmış və xalqın rifah halının yüksəldilməsi üçün bir sıra sahələrin yaradılmasının əsası qoyulmuşdur.

Təhmasib Rüstəmov bildirmişdir ki, Heydər Əliyevin 1993-cü ildə 2-ci dəfə hakimiyyətə qayıdışı ilə  bütün sahələrdə müasir Azərbaycanın yenidən qurulması ilə bağlı mühüm qərarlar qəbul edilərək qısa zamanda böyük uğurlar əldə edilmişdir: “Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində möhkəmlənmiş, ölkəmiz Cənubi Qafqazın lokomotivinə, regionda yerləşən transmilli lahiyələrin müəllifi və fəal iştirakçısına çevrilmişdir. Heydər Əliyev idealarının ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu gün də uğurla davam etdirilən bu siyasəti nəticəsində son 29 ildə iqtisadi və demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan uğurlar məhz Heydər Əliyev tərəfindən formalaşan möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsidir. Ordumuzun parlaq qələbəsi şanlı tariximizdə  “Zəfər  Qələbəsi” kimi yadda qalmışdır. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, qətiyyətli siyasəti nəticəsində uzun illərdən bəri qələbə müjdəsini gözləyən xalq qalib xalq kimi gələcəyə ümidlə baxaraq Azərbaycan tarixində son 200 ildə ilk dəfə Azərbaycan sərkərdəsinin – Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsini “8 noyabr Zəfər Günü” kimi  qeyd edir. Bu isə Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi olmadığının ən bariz nümunəsidir.”

Daha sonra çıxış edən məruzəçilər Əməkdar müəllim – Əsədəov Ədalət, Qubadlı rayon Qadınlar şurasının sədri - Hüseynova Nuriyyə YAP Qubadlı rayon təşkilatının məsul işçisi, YAP Qubadlı rayon təşkilatı Gənclər birliyinin sədri - Qasımlı Ülvi məruzələrində  tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışdılar.

Sonda çıxış edən edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısıın müavini Allahverdi Haxverdiyev qeyd edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O bildirib ki, indi ulu öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz ümummilli liderin anım gününü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Allahveri müəllim  əlavə edib ki, ulu öndər Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışmış, millətimiz, xalqımız üçün əlindən gələni əsrigəməmişdir. Ulu öndər üçün ən öndə məsələlərdən birinin əzəli Azərbaycan torpaqlarının erməni işğalıdan azad edilməsi olduğunu qeyd edən Allahverdi Haxverdiyev ötən il 44 gün ərzində yenilməz Azərbaycan ordusunun bu missiyanı şərəflə yerinə yetirdiyini deyib və ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirlidiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın sonunda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının ictimai-siaysi həyatında yüksək fəaliyyətlərinə görə bir qurup partiyaının fəal üzvlərinə fəxri fərmanlar verildi. Yeni qəbul olmuş pariya üzvlərinin üzvlük vəsiqləri təqdim olundu.