YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı şərhçi: Ermənistan hərbi-iqtisadi baxımdan getdikcə daha çox asılı vəziyyətə düşür

Fransa Beynəlxalq və Strateji Məsələlər İnstitutunun (IRIS) portalında (www.iris-france.org) şərhçi Jan-Filip Oteklokun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi yerləşdirilib.
Təhlil xarakteri daşıyan məqalədə müəllif son aylarda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qarşıdurmanın artdığını diqqətə çatdırır.
Öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa etməyə çalışan Azərbaycanın hərbi qüdrətinin getdikcə artdığı vurğulanan məqalədə Ermənistanın cəbhə bölgəsində təxribat xarakterli manevrlərinin vəziyyəti daha da gərginləşdirdiyi, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində təhlükəli vəziyyət yaratdığı qeyd edilir.
Yazıda cəbhədə yaranan gərginlikdən təmas xəttinin yaxınlığında yerləşən yaşayış qəsəbələrinin mülki vətəndaşlarının daha çox əziyyət çəkdikləri bildirilir.
Son aylarda təmas xəttində gərginliyin artmasının Cənubi Qafqazın stabilliyi üçün ciddi təhlükə yaratdığı diqqətə çatdırlan məqalədə Azərbaycanın öz ərazi bütövlüyünün pozulmasına qətiyyətlə yol verməyəcəyi, hərbi balansın ölkəmizin xeyrinə olduğu, iqtisadi inkişaf tempinə görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider dövlətə çevrildiyi qeyd olunur. Ermənistana gəldikdə isə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi səbəbindən minlərlə erməninin ölkəni tərk edərək xaricə üz tutduqları vurğulanır. Təcrid olunmuş Ermənistanın hərbi-iqtisadi baxımdan getdikcə daha çox asılı vəziyyətə düşdüyü diqqətə çatdırılır.

 

DİGƏR Xəbərlər Arxiv