YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Beybit İsabayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.