YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda aztəminatlı ailələrə bayram sovqatı verilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Milli Məclisin deputatı Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatları təqdim olunub.

Ziyarət edilən 300 ailə Ramazan bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatı verilib.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.