YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır

Daşqın Mikayılov

YAP Şəki rayon təşkilatının sədri

Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilsə də bu statusu özündə uzun müddət saxlaya bilməmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə  hakimiyyətə  gəlişindən sonra ana dilimizə qarşı münasibət kökündən dəyişmişdir. Ulu öndərimizin çətin şəraitdə həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində xalqımızda milli özünəqayıdış və milli özünüdərk hissləri yüksəlmişdir.

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Müstəqillik əldə edildikdən sonra ölkəmizdə Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi, dil siyasətinin formalaşdırılması, ana dilimizin  beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur.

Azərbaycan dilinin tətbiqi ilə bağlı qəbul edilmiş Qanunlar, imzalanmış Fərman və Sərəncamlar ölkədə dilçiliyin inkişafı, Azərbaycan dilinin istifadəsi və tədqiqi üçün əlverişli zəmin yaratmışdır. Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə  ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, düşünülmüş  və  uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və qorunması istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün  onun  siyasi  kursunun  layiqli  davamçısı  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

DİGƏR Xəbərlər Arxiv