YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Dünya Azərbaycanılarının V Qurultayının keçirilməsi ümumdünya azərbaycanlıların həyatında mühüm hadisədir. 22 aprel tarixində keçirilmiş V Qurultayın məhz Şuşa şəhərində keçirilməsi istər mənəvi, istərsə də siyasi baxımdan böyük mahiyyət daşıyır və qürurvericidir. 30 ilə yaxın ermənilərin əsarəti altında qalmış Şuşa şəhəri cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordu quruculuğunda göstərdiyi diqqəti, Azərbaycan Ordusunun şücayəti və xalqımızın birliyi hesabına işğaldan azad edildi və xalqımız tarixi torpaqlarını mənfur düşməndən azad etdi. Şuşanın işğaldan azad edilməsinin  müjdəsini cənab Prezidentimiz Azərbaycan xalqına şəxsən çatdıraraq demişdir: “Şuşa sən azadsan, Şuşa biz səni yenidən dirçəldəcəyik”.  Tarixi torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra cənab Prezidentimizin rəhbərliyi altında irimiqyaslı infrastruktur layihələrin icrasına başlandı, əvvəllər heç zaman mövcud olmamış Şuşaya tarixi “Zəfər” yolu çəkildi. O yol ki, keçilməz dərələrdən, ormanlardan, sıldırım qayalardan adlayan igid Azərbaycan əsgəri yüngül silahlardan istifadə edərək tanklarla, toplarla, reaktiv mərmilərlə və.s. silahlanmış erməniləri məğlub edərək Azərbaycanın mədəniyyət beşiyi adlandırılan Şuşamızı azad etmişdir. Cənab Prezidentimizin  dediyi kimi artıq Şuşamız yenidən qurulur, geniş abadlıq-bərpa işləri aparılır və eyni zamanda ən yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir, dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqların iştrakçısı olduğu festifalların keçirildiyi məkana çevrilmişdir. Ən mötəbər tədbirlərin məhz Şuşa şəhərində keçirilməsi cənab Prezidentimizin uzaqgörən siyasətinin və qətiyyətli mövqeyinin göstəricisidir. Bununla cənab Prezidentimiz ermənilərə, dünya erməniliyinə və onların xarici havadarlarına sübut edir ki, Şuşa bizimdir həmişə də bizim olacaq.

Erməni silahlı birləşmələri  yalnız torpaqlarımızı işğal etməklə kifayətlənməmişdirlər.  Onlar bütün yaşayış məntəqələrimizi xarabazarlığa çevirdilər, qəbiristanlıqları, dini və mədəniyyət abidələrini vandalcasına dağıtdılar, minlərlə insanlarımızı vəhşicəsinə qətlə yetirdilər.  Xocalıda, Meşəlidə, Qaradağlıda, Ağdabanda və s. yaşayış məntəqələrində xalqımıza qarşı soyqırımı aktı törətdilər. Bununla da elə bildilər ki, xalqımızı məğlubiyyətlə barışmağa məcbur edə biləcəklər.  Lakin onlar yanıldılar.  Cənab Prezidentimizin apardığı ardıcıl siyasət sayəsində  dövlətimizin iqtisadi qüdrəti ilbəil yüksəldildi,  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artırıldı, Azərbaycan regionun lider dövlətinə çevrildi, XXI əsrin döyüş taktikasına və texnikasına sahib, fiziki hazırlıqlı, mənəvi ruhu olduqca yüksək olan Ordu quruldu və xalq- Ordu –iqtidar birliyi formalaşdırıldı. Məhz bunun sayəsində Ordumuz düşməndən döyüş meydanında tarixi qisasını aldı və işğal altında qalmış torpaqlarımızı əsarətdən xilas etdi. Cənab Prezidentimiz V Quruldayda Ordumuzun tarixi qisasımızı düşməndən döyüş meydanında alındığını xüsusi vurğuladı və qeyd etdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu gücünü dinc əhaliyə deyil, düşmənin silahlı birləşmələrinə qarşı göstərdi, onun ordusunu məhv etdi.  Əgər revanşist qüvvələr bir daha baş qaldırmaq istəsələr dəmir yumruq başlarını bir daha əzəcək.

Qarabağ Azərbaycandır!