YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Aprel ayının 22-də Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan  böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilib, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olub. Bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev məhz buna görə də budəfəki toplantını Zəfər qurultayı adlandırdı.

Quraltay iştirakçılarının hamılıqla səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarının sədası bütün Qarabağa, Şərqi Zəngəzura yayıldı. Xankəndidə və Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan torpaqlarında yaşayan Qarabağın erməni əhalisinə bir daha bəlli oldu ki, bundan sonra tarix boyu Azərbaycan bayrağının kölgəsi altında yaşayacaqlar.

Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Heydər Əliyev  qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaq. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi.

44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular. 

Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü. 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və Dağlıq Qarabağ problemini həll etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.