Xəbərlər
İqtisadiyyat naziri: Bölgədə baş verən hadisələr Azərbaycanın əhəmiyyətini daha da artırır
Bölgədə baş verən hadisələr Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə daha da artırır. Həmçinin təhdidlər təhlil olunur və bu istiqamətdə addımlar atılır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” adlı konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanda yaradılan Biznesin İnkişafı Fondunun formalaşması son mərhələdədir. İxracın və investisiyaların təşviqi üçün sahibkarların fəaliyyətinə müsbət təsir göstərən funksiyaların indiyədək olmayan alətlərinin təklif edilməsi istiqamətində fəaliyyət həyata keçirilir.