Xəbərlər
Mikayıl Cabbarov: Son 18 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb
Son 18 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb.
Bu barədə aprelin 25-də iqtisadiyyat naziri Mikayıl Cabbarov “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, ölkəmizdə XX əsrin sonlarından bazar iqtisadiyyatı istiqamətində məqsədyönlü işlərə start verilib. Respublikada sahibkarlığın inkişafı üçün strateji tədbirlər həyata keçirilib, qanunvericilik bazası genişləndirilib. Əldə olunan nəticələr sayəsində təqribən son 18 ildə ölkə iqtisadiyyatında 3,4 dəfə, sənaye sahəsində 4 dəfə, kənd təsərrüfatında isə 2 dəfə artım olub. Bütün bunların təməlində dövlətimiz tərəfindən respublikamızda aparılan köklü sosial-iqtisadi islahatlar və siyasi sabitlik dayanır.