YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir

Həbib Misirov

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri

Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir.
Müstəqilliyin əldə edilməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirilməsi, bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəy olduğumuzu bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün birlikdə çalışaq. Hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Ulu öndər Heydər Əliyev tərəfindən Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul edilmişdir. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başlamışdır. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir. Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş və onu zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

Bakıda keçirilən Dünya Azərbaycanlılarının I, II, III Qurultayları xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma proseslərini yüksək mərhələyə çatdırmışdır.

2016-cı ilin iyununda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Qurultayda Ali Baş Komandan cənab İlham Əliyev proqram xarakterli dərin məzmunlu çıxış etmiş, I Qurultaydan keçən dövr ərzində diaspor nümayəndələri qarşısında qoyulan tələblərin həyata keçirilməsi üçün kifayət qədər uğurlu işlərin görüldüyünü vurğulamışdır.

Bu günlərdə isə Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Cənab İlham Əliyev bu Qurultayda çıxışı zamanı bildirmişdir ki, "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır."

Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi müharibədən sonrakı reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir. Üstəlik, həmin güc mərkəzlərinin özləri də Prezident İlham Əliyevin yaratdığı mövcud mənzərədə rol sahibi olmaq arzusundadırlar.