YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucara rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında YAP İdarə Heyətinin üzvü Bayram Aslanovla bir qrup fəal gəncin görüşü keçirilib.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tədbiri giriş sözü ilə açaraq Ümummilli Liderimiz Heydər Əliyevin öz siyasətində daima gənclərə qayğı göstərdiyini bildirib. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz xidmətlər göstərib. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Cənab Prezidentimizin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların da ən bariz nümunəsi heç şübhəsiz 44 Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir. Bu Qələbənin qazanılmasında Azərbaycan gəncləri böyük xidmətlər göstərib.

Ş.Abdullayeva 44 il bundan əvvəl ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə, 1978-ci il 21 aprel tarixində Azərbaycan SSR-nin konstitusiyasının qəbulu zamanı dövlət dilinin Azərbaycan dili hesab olunması ilə bağlı maddənin əlavə olunması haqqında tədbir iştirakçılarına məlumat verib.

YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışında bildirib: “Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq". Bu gün Azərbaycan gəncləri YAP sıralarında birləşərək ulu öndər Heydər Əliyev siyasətini və ideyalarını əməli fəaliyyətlərində yaşadırlar”.

Daha sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.